Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “KİA” və”Opel” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) 17.08.2026-cı il tarixində 14:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.Hazırda 1 nəfərin (kişi) instrumental diaqnostik müayinələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU.
HAZIRLADI GÜLƏR AMİN
