Bakıda mühüm toplantı başladı

ölkə

Oktyabrın 20-də Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində “Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik imkanları və kiber risklərin idarəedilməsi” mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı keçirilir.

Toplantıda dövlət qurumlarının nümayəndələri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və mütəxəssislər, qərarverici şəxslər və ekspertlər iştirak edirlər.

Süni intellekt siyasətlərin, rəqəmsal infrastrukturun, inzibati qərarların qəbulunun və dövlət qurumlarının gündəlik fəaliyyətinin getdikcə daha geniş tərkib hissəsinə çevrilir. Onun tətbiqi dövlət xidmətlərinin səmərəliliyinin artırılması və kibermüdafiə imkanlarının gücləndirilməsi üçün əhəmiyyətli potensial yaratsa da, eyni zamanda, risk mühitini, texnoloji və təchizat zənciri asılılıqlarını, məlumatların idarəolunması üzrə tələbləri, habelə institusional məsuliyyət və hesabatlılığın mövcud strukturlarını yenidən formalaşdırır.

Ekspert forumunda təhlükəsiz və etibarlı rəqəmsal hökumətin formalaşmasına dair mövcud prinsiplərin süni intellektdən istifadə olunan mühitdə necə tətbiq edilə biləcəyi, süni intellekt, kibertəhlükəsizlik və məlumatların idarəolunması üzrə formalaşmaqda olan Avropa tənzimləyici və siyasət çərçivəsinin institusional və əməli fəaliyyətə necə tətbiq olunduğu, habelə süni intellektlə bağlı risklərin mövcud informasiya təhlükəsizliyinin idarə olunması və risk idarəetməsi çərçivələrində necə sistemli şəkildə müəyyənləşdirilə, qiymətləndirilə, idarəoluna və monitorinq edilə biləcəyi müzakirə olunacaq. Etibarlı rəqəmsal hökumət, süni intellektin idarəolunması və kibertəhlükəsizlik üzrə Avropa, Azərbaycan perspektivləri və təcrübəsinin mübadiləsinə xüsusi diqqət yetiriləcək.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir