HAQQI ƏYMƏK…
Sadiq oldun çar atana,
Oxşadın o şarlatana,
Gündoğandan günbatana,
Ola bilməz vətən sənə,
Olsa olar mətfən sənə.
Görməz əqli kor Allahı,
Saymaz şeytan, şər Allahı,
Səndən olmaz yer Allahı,
Kimsədə yox güvən sənə.
Əl çək hiylədən, riyadan,
Sovetlər adlı xülyadan,
Üzür dilə ki, dünyadan,
Qalsın yurdun, yuvan sənə.
Gəl bağlama həyat yolun,
Sülh yolun, etimad yolun,
Atom deyil nicat yolun,
Tuşlanıb öz nüvən sənə.
Sən anlamırsan hələ ki,
Nədir xalqın yurdu tərki,
De çatmırmı ölkəndəki?
Bu qaç, bu qov, şivən sənə.
Nəfsinə olmusan əsir,
Tamah sənə qazır qəbir
Bəs etmirmi Ural, Sibir,
Sonsuz düzün, ovan, sənə
Səhv eyləsən, ey dəli şir,
Dünya kəfən geyəcəkdir,
Qatil deyib söyəcəkdir,
Oğlun, qızın, nəvən sənə.
Haqqı əymək deyil asan,
Ukraynanı alammazsan,
Zorla əziz olamazsan,
Can deməsə sevən sənə.
10. 09. 22.

MUASİRMEDİA.AZ
