UCA ANANIN BELİ BÜKÜLÜB
Şəki dağlarında, uca bir yerdə,
Cansız daşdan olan, canlı abidə.
Dayan, ayaq saxla, burda ana var,
O, oğul gözləyir gözdə intizar.
Yox, cansız deyildir o olsa da daş..
Onun gözlərində quruyan o yaş,
Hər ana yaşının bir damlasıdır.Ana abidəsi
Ağladan düşmən yox, öz balasıdır.
Həsrətdən qocalıb, ağarıbdı baş,
Onda qəzəb ilə çatılan o qaş,
Fitnəkar düşmənlə baxışmasıdır,
Ən böyük düşməni hərb dünyasıdır.
Yaxşı bax, bilərsən o kədər nədir?
O ilin bu ilə şikayətidir.
Anaya baxarkən düşdü yadıma,
Qayıtdı xəyalım uşaq çağına…,
Toyuydu dayımın, şad idi aləm.
Yox idi üzlərdə nə kədər, nə qəm.
Xoş gəldin deyirdi, nənəm gələnə.
Bilmədən, bir sual verdim nənəmə,
– Yığışıb dayımın dostu, tanışı,
Bəs niyə gəlmədi böyük qardaşı?
Susdu, danışmadı, o qəhərləndi,
Uşaqdım, düşündüm sevincindəndi.
Sən demə nənəmi boğanda qəhər,
Yarısı sebincmiş, yarısı kədər.
Ah, ana ürəyi, necə möhkəmsən,
Sənə qibtə ilə baş əyirəm mən.
Sevinc ilə kədər sirdaş olublar,
Bu kiçik ürəkdə qardaş olublar.
Sənin cansız deyə baxdığın əsər,
Gör nələr xatırlar, gör nələr deyər.
Nə deyim, nə deyim heykəltəraşa?
Kədər döndəribdi ananı daşa.
Yaxşı bax, çalışaq bu gündən birdə,
Tarix yaratmasın, belə abidə…
Sakit Şəkili.
MUASİRMEDİA.AZ
