Bakıda əməliyyat keçirildi – Xəyal Zərgərov həps olundu

Hadisə

Bakının Suraxanı rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Hadisə haqqında  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkarlanıb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir