Abşeronun qumsal yerlərində yetişən üzümlər də ayrı mövzudur, onu da deyim ki, ənciri kimi üzümü də bütün dünyada ən şirin və dadlıdır Bakının. Bir şərtlə qumluqda yetişən olsun.
Əncil kimi üzüm də dəmyə məhsuludur, yəni sulanmır. Meynələr (tənəklər) külək vasitəsilə tozlanır, ona görə də 1940-cı ilədək bağ sahəsi bir hektar olurdu, 1963-cü ildə qanun dəyişdi, 25 sotdan artıq vermədilər, bir hektarlıq bağları da 4 yerə bölüb əhaliyə payladılar. 25 sot da meynələrin tozlanmasına kifayət edirdi. Gələk indi Bakı üzümlərinin sortlarına. Abşeronun qumluğunda yetişən üzümləri bunlardır
Əncil kimi üzüm də dəmyə məhsuludur, yəni sulanmır. Meynələr (tənəklər) külək vasitəsilə tozlanır, ona görə də 1940-cı ilədək bağ sahəsi bir hektar olurdu, 1963-cü ildə qanun dəyişdi, 25 sotdan artıq vermədilər, bir hektarlıq bağları da 4 yerə bölüb əhaliyə payladılar. 25 sot da meynələrin tozlanmasına kifayət edirdi. Gələk indi Bakı üzümlərinin sortlarına. Abşeronun qumluğunda yetişən üzümləri bunlardır
1. Ağ şanı, gilələri yumurta kimi olur, rəngi də sarımtıl, qumsallıqda yox, torpaqda yetişəndə açıq yaşıl olur.
2. Qara şanı, gilələri yumurta kimi olur, rəngi də tünd göy olur
3. Sarıgilə, gilələri yumru olur, rəngi də sarımtıl olur
4. Ala şanı, gilələri yumru olur, rəngi tünd göy və ya qırmızı olur
5. Ağ kişmiş, gilələri bir qədər balaca olur, tumsuz olur, rəngi sarı da olur, açıq yaşıl da.
6. Qara kişmiş, rəngi qırmızımtıl olur, tumsuz olur.
7. Dərbəndi, gilələr uzun olur, qara dərbəndi də olur, ağ dərbəndi də.
8. Gəlinbarmağı, gilələr iki dərbəndi giləsi boyda olur uzununa.
9. Gavangir, yumru gilələri olur və turş olur. Gavangir üzümü kal olanda ondan abqora hazırlayırlar, yəni qora suyu, şəkərli diabet xəstələrinin dərmanıdır, yağlı yemək yeyəndən sonra üstündən bir xörək qaşığı içəndə həzmə kömək edir. O biri üzümlərin də qorasından (kalından) abqora çəkirlər.
10. Meyrulu. Salxımda gilələri lap xırda olur, hər salxımda 3, ya da 4 böyük yumru gilə olur.
Yazdıqlarım hamısı Bakı üzümləridir. Bir üzüm də var, İzabella adlanır. Bu üzüm sortu Xaçmaz, Quba, Qusar rayonlarında yetişir, muşket dadı verir, oktyabr ayında dəyir, əsasən şərab istehsal edirlər bu üzümlə.
Onu da bildirim ki, avqust ayında xəzri küləyi əsəndə üzümlər dəyir, gilavar əsəndə əncillər. Meynəni kəsib öz növündən yenidən calaq edəndə onun iki il sonra verdiyi üzüm iyul ayının ikinci yarısında dəyir, ona da tezdəyən üzüm deyirlər.
İndiki dövrdə Bakı üzümü çox azalıb. Çünki bağların çoxu 3-4 sotlara bölünüb, hündür hasarlar tikilib, meynələrdə tozlanma getmir. Bağımızdan yadımda qalıb ki, şanını yeyəndə şirinliyindən boğazımız göynəyirdi. Şəkildə gördüyünüz də ağ şanıdır. Mən bir fikir söyləyəcəm, o fikrimlə oxuyanların çoxu razılaşmayacaq. Fikrim odur ki, üzümü əncili olmayan bağı bağ saymıram, həyət evi sayıram. Həyətdə başqa meyvə ağacları əksələr lap yaxşı, heç bir ağac olmasa da əncil ağacı və meynə vacibdir. Həyətə qazon sərib tamet düzənlərinkini də həyət evi sayıram, bağ yox. Əziz bakılılarım, əgər yazdığıma əlavəniz və ya yazdıqlarımda səhv varsa şərhlərdə yazın zəhmət olmasa.
MUASİRMEDİA.AZ
