ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarından sonra dolların mövqeyi güclənib.
Reuters-in məlumatına görə, dollar indeksi sentyabrın 17-də iyulun sonundan bəri ən yüksək səviyyələrdən birinə yüksəlib.
Avro dollar qarşısında 1,1456 dollar səviyyəsinə qədər geriləyib, yen isə dollar qarşısında təxminən 156,20 səviyyəsində olub.
Mütəxəssislərin diqqətində indi Yaponiya Mərkəzi Bankının qərarı və ABŞ-da gələcək faiz siyasəti dayanır.
MM.AZ
