“Neftçi” PFK-nın sabiq prezidenti Sadıq Sadıqovun intihar etdiyi deyilir
Əgər bu fakt doğruluğunu taparsa, bunun səbəbi Almaniyada yaşayan SOCAR-ın Təhlükəsizlik İdarəsinin sabiq əməkdaşı, hazırda onlayn mediada bloqer kimi fəaliyyət göstərən Ruslan Cəlilovdur.
R.Cəlilov S.Sadıqovun vaxtı ilə ona “vatsap” vasitəsilə göndərdiyi səsyazılarını “TikTok” sosial şəbəkəsində yayıb. Görünür, tərəflər arasında pul haqq-hesabı da olub. S. Sadıqov əvvəlki kimi pul ödəyə bilmədiyindən, tərəflər arasında şifahi anlaşma pozulub. Nəticədə R. Cəlilov 60 yaşlı şəxsi biabır etmək məqsədilə səs yazılarını yayıb.
Sadıq Sadıqov isə buna dözməyərək intihar üsulunu seçib.

