Bu rayonda təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

ölkə

Şəmkir rayonunun bir sıra yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

1200/1020 mm-lik “Qazıməmməd-Qazax 2-ci xətt” və 1020 mm-lik “Qazax-Saquramo” magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kameraya qoşulması ilə əlaqədar avqustun 5-dən 20-i işlər başa çatanadək Şəmkir rayonunun Kür və Bayramlı QPS qaz təchizatı dayandırılacaq.

Qazın verilişi Kür qəsəbəsi, S.Vurğun, Mahmudlu, Plankənd, Xuluf, Qapanlı, Yeniabad və Bayramlı kəndlərində dayandırılacaq.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir