Kəlbəcər rayon Comərd kəndi. Anamın nənəsinin evi.

Tarix

Kəlbəcərin Comərd kəndi – zəngin tarixə və bənzərsiz təbiətə malik yurd yeri Comərd kəndi Azərbaycanın Kəlbəcər rayonunun qədim yaşayış məskənlərindən biridir. Kənd rayonun Comərd kənd inzibati ərazi dairəsinə daxildir və Tutqunçayın (Tərtərçayın qolu) sahilində, Qonqur dağının ətəyində yerləşir. Füsunkar təbiəti, zəngin yaylaqları, bulaqları və qədim tarixi ilə seçilən Comərd əsrlər boyu Kəlbəcərin ən gözəl yaşayış məntəqələrindən biri hesab olunub. Kəlbəcər rayonu kimi Comərd kəndi də 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə kəndin yaşayış evləri, təsərrüfatları və infrastrukturuna ciddi ziyan vurulub. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq, Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb və Comərd kəndi yenidən ölkəmizin nəzarətinə keçib. Comərd kəndi qədim tarixi ilə də diqqət çəkir. Kəlbəcər ümumilikdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri sayılır. Rayon ərazisində alban dövrünə aid çoxsaylı tarixi abidələr, qədim qayaüstü rəsmlər, mağaralar və türk mədəniyyətinin izlərini əks etdirən abidələr mövcuddur. Comərd ətrafında da qədim yaşayış izləri və tarixi-mədəni irs nümunələri qorunub saxlanılıb. Bu gün Comərd kəndi də digər azad edilmiş yaşayış məntəqələri kimi dövlət tərəfindən həyata keçirilən bərpa və yenidənqurma proqramlarının əhatəsindədir. Məqsəd kəndin əvvəlki həyatını bərpa etmək, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək, bölgənin sosial-iqtisadi inkişafına yeni təkan verməkdir. Comərd kəndi zəngin təbiəti, saf bulaqları, uca dağları və qədim tarixi ilə Kəlbəcərin ən qiymətli yaşayış məskənlərindən biri olaraq Azərbaycanın mədəni və tarixi irsinin ayrılmaz hissəsidir
Kəlbəcər.Comərd kəndi. Anamın nənəsinin evi. 36 il öncə bu evdə qalmışam. Allaha sonsuz şükürlər olsun, Allah cəmi şəhidlərimizin ruhunu şad etsin.

MUASİRMEDİA.AZ RÜFƏT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir