İran ABŞ və İsrailə ölkənin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin dəfn mərasimləri zamanı İslam Respublikasına hücum etməməyi tövsiyə edərək sərt cavab zərbələri endirəcəyi ilə hədələyib.
Bu barədə İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlığının Qərargah rəisi Əli Abdullahi bildirib.
“Bu möhtəşəm və ibrətamiz günlərdə biz İranın düşmənlərini, ilk növbədə ABŞ-ni, sionist rejimi (İsrail nəzərdə tutulur) və onların regional və regiondankənar müttəfiqlərini hər hansı səhv hərəkətlərdən çəkinməyə və silahlı qüvvələr sıralarında xidmət edən İran xalqının oğullarının əziz vətənimizə qarşı hər hansı bir təhdidə və ya təcavüzə qarşı sərt cavabını xatırlamağa çağırırıq”, – o qeyd edib.
MM.AZ
