Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Hadisə

Masallı rayonu ərazisində “Vaz 21074” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisləri ona “saxla” işarəsi verib.
MUASİRMEDİA.AZ xəbər verir ki,Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Səfərlinin narkotik vasitədən istifadə etdiyinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib. Məhkəmənin qərarı ilə Ə.Səfərli 15 gün müddətinə inzibati qaydada həbs olunub.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir