Cəlilabadda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. MUASİRMEDİA.AZ xəbər verir ki,Hadisə Köhnə Ələt–Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, “Zil” markalı yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb və yol kənarına düşüb. Qəza zamanı 5 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
