Azərbaycan və Türkiyənin Londonda xalq elçisi, 90-cı illərdən Böyük Britaniyada həkim kimi çalışan və Azərbaycan milli davasını aparan Əli Tekin Atalar bu gün haqq dünyasına qovuşub.
Əli bəy Azərbaycan əsilli idi, babaları İrəvandan 20-ci illərdə Qarsa köçmüşdülər. Qəlbi daim Vətən hissi ilə döyünən millət fədaisi Əli bəy öz vəsaiti hesabına Londonda Azərbaycan evi açmışdı.
Qarabağın azad olunmasından xüsusi ilham alan böyük türkçü Əli bəy Bakı-Ankara qardaşlığının yorulmaz təbliğatçısı idi.
Azərbaycan sevdalısı Əli Tekin bəyə Allahdan rəhmət dilıyirik. Ruhu şad olsun!
MM.AZ
