Azərbaycanda gənc əsgər vəfat edib.
Şəmkirdəki “N” saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş.
Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidmətindəki hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.
O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Orxan 1 il 3 ayın əsgəri olub və hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.
O bu ayın əvvəlində nümunəvi əsgər kimi hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilibmiş.
Məzuniyyəti başa çatan Orxan yenidən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirməyə başlayıb.
Oktyabrın 13-də Orxan hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.
Məlumata görə, Orxan uşaq olanda atası ilə anası ayrılıblar və o, anasının himayəsində böyüyübmüş.
MUASİRMEDİA.AZ
