Təyyarə qəzası baş verib ölən və yaralılar var

Dünya

Avstraliyanın Adelaida şəhərindən şimalda yerləşən aerodromda təyyarə qəzası nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə haqqında “ABC Australia” telekanalı məlumat yayıb.

Dördyerlik “Diamond DA42” tipli təyyarə eniş etməyə cəhd göstərərkən idarəetməni itirərək birbaşa anqara çırpılıb.

Güclü toqquşmadan sonra ərazidə irimiqyaslı yanğın başlayıb. Hadisə yerinə cəlb olunan 57 yanğınsöndürənin səyi nəticəsində alovun qarşısını almaq mümkün olub.

Polisin verdiyi məlumata görə, qəza zamanı təyyarənin pilotu və sərnişini hadisə yerindəcə ölüb. Bundan əlavə, toqquşma anında anqarın daxilində olan 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanğın nəticəsində anqarın içərisində olan daha üç təyyarəyə ciddi ziyan dəyib. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir