Ukrayna ordusu ötən gecə rusların İnqilab şəhəri Sankt-Peterburqdakı neft zavoduna və hərbi obyektlərə zərbələr endirib. Bununla bağlı V.Zelenski yazıb: “Rusiya hərbi əməliyyatları üçün maliyyəni təmin edən neft limanı infrastrukturuna, eləcə də Ukrayna ilə sərhəddən 850 km məsafədə yerləşən Kronştad hərbi obyektinə zərbə endirib”.
Rusiya MN bu xəbəri təsdiq edib, hücumla bağlı açıqlama yayımlayıb və Ukraynanın Poltava və daha bir neçə şəhərini vurduğunu bildirib.
Bəzi Avropa liderlərinin artıq “bunker siçovulu” adlandırdığı V.Putin də hücumlardan xəbərdardır. İndi əsas məsələ bu siçovulu sülh danışıqlarına məcbur etməkdir.
MM.AZ
