Gürcüstandan gedən din xadimləri Xameneinin vida mərasimində iştirak edib

Dünya
Gürcüstandan gedən din xadimləri Xameneinin vida mərasimində iştirak edib
 Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) nümayəndə heyəti İrana səfər edib və Tehranda keçirilən vida mərasimində iştirak edib.
 Nümayəndə heyətinə şeyx Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan üzrə müfti Hacı Etibar Eminov və digər din xadimləri daxil olub.
Mərasimdə İranın mərhum keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin vida tədbirləri keçirilib.
 Məlumata görə, vida mərasimi 3 iyul səhər saat 08:00-da yüksək vəzifəli şəxslərin iştirakı ilə başlayıb.
Bildirilib ki, Tehranda 4–5 iyul tarixlərində geniş vida mərasimləri keçiriləcək, dəfn isə 9 iyulda Məşhəddə baş tutacaq.

bir veya daha fazla kişi ve sakal görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir