Nəsibə Zeynalovanın atası Kərbəlayı Cahangir həm tanınmış tacir, həm də sevilən aktyor idi.
Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov sayılır. İlk və yeganə övladı olanda o, qızının öz sənət yolunu davam etdirməsini arzulayıb. Lakin arzusunun gerçəkləşdiyini görmək ona qismət olmayıb. 1918-ci ilin martında daşnaklar Bakıda kütləvi qırğınlar törədərkən Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana köçüb. Həmin ilin sentyabrında Bakıya qayıdarkən gəmidə yatalaq xəstəliyinə tutulub və qısa müddət sonra dünyasını dəyişib. O zaman balaca Nəsibənin cəmi iki yaşı var idi. Buna baxmayaraq, o atasının arzusunu böyük inamla həyata keçirib. Nəsibə xanım Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən birinə çevrilərək geniş şöhrət qazanıb.
MUASİRMEDİA.AZ
