Fatma bəyim xanım Kürdəmirdə.

Tarix
Fatma bəyim xanım Kürdəmirdə.
O, 19-cu əsrin əvvəllərində bütün Şirvan ərazisində ən nüfuzlu və zəngin qadın idi.
O son Şirvan xanı Mustafa xanın xanımı idi və Kürdəmir kəndi və ətraf ərazilər ona bağışlanmışdı.
Boşandıqdan sonra (1810-cu ildən) Kürdəmirdə yaşayırdı.
Rus işğalı zamanı Mustafa xan və bütün nəsili İrana keçsə də, təkcə o, yerini tərk etmədi.
Nəqşibəndiyə təriqətini himayə edirdi məhz o dövrdə təriqətinin mərkəzi Kürdəmir idi.
Fatma bəyim yuxarı təbəqə arasında xüsusi nüfuza malik idi. Beləki, о zaman Kürdəmirdə yaşayan Nəqişbəndiyyə şeyxi, mövlanə Hacı İsmayıl əfəndi Siracəddin Şirvaninin Sibirə sürgündən yaxa qurtarmasına Fatma bəyimin knyaz Mədətovdan şəxsən xahişi səbəb oldu.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir