Almaniyanın Münhen şəhərində yaşayan azərbaycanlılar 9 Noyabr – Dövlət Bayrağı Günü və Zəfər Günü münasibətilə bir araya gəliblər.
Tədbirdə milli rəmzlərimizə ehtiram, Azərbaycanın müstəqillik tarixi və Vətən müharibəsində əldə edilən Qələbənin əhəmiyyəti diqqətə çatdırılıb.
Xarici ölkələrdə yaşayan soydaşlarımızın belə tədbirlərdə iştirakı milli kimliyin qorunması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.
Azərbaycan bayrağının dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilməsi xalqımızın dövlətçilik dəyərlərinə bağlılığının göstəricisidir.
MUASİRMEDİA.AZ
