8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş ən şanlı tarixlərdən biridir. Bu gün ölkəmiz Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümünü – Zəfər Gününü qeyd edir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin gedişində həlledici mərhələ oldu. Bu qələbə Azərbaycanın tarixi torpaqlarının azad olunması yolunda mühüm dönüş yaratdı.
Zəfər yalnız hərbi uğur deyildi. Bu, illərlə torpaq həsrəti ilə yaşayan milyonlarla insanın arzusunun gerçəkləşməsi idi.
Bu gün Azərbaycan xalqı qələbəni böyük qürurla qeyd edir, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edir.
8 Noyabr tariximizin şanlı səhifəsi, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir.
MM.AZ
