Azərbaycan radiosunun 100 illiyi – “Danışır Bakı!” sədaları ilə başlayan böyük tarix
Bu hadisə Azərbaycan cəmiyyətinin informasiya həyatında yeni mərhələnin başlanğıcı oldu. Radio o dövrdə insanların dünyada və ölkədə baş verən hadisələrdən xəbər tutmasının, mədəniyyət və maarifçilik nümunələri ilə tanış olmasının əsas vasitələrindən birinə çevrildi.
Aradan keçən bir əsr ərzində Azərbaycan radiosu böyük inkişaf yolu keçib. Texnologiyalar dəyişib, yayım imkanları genişlənib, efir məkanına yeni proqramlar və yaradıcı kollektivlər gəlib.
1956-cı il fevralın 14-də isə Azərbaycan televiziyası ilk dəfə efirə çıxıb. İlk televiziya yayımında Nəcibə Məlikova tamaşaçıları “Göstərir Bakı!” sözləri ilə salamlayıb.
Bu gün radio və televiziya yalnız informasiya vasitəsi deyil, həm də milli yaddaşın, dilimizin və mədəniyyətimizin qorunmasında mühüm rol oynayan sahələrdir.
2026-cı ildə Azərbaycan radiosunun 100 illiyinin tamam olması bu tarixi daha da əlamətdar edir.
Azərbaycan Milli Kitabxanası
