Şorsulu bələdiyyənin sədri Elmar Xuduyevin təşkilatçılığı ilə keçirilən tədbirdə Salyan Rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vahid Vahidov, Şorsulu kənd İnzibati ərazi nümayəndəsi Fuad Qəhrəmanov, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb, bu möhtəşəm qələbənin xalqımızın birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsi olduğunu bildiriblər. Qeyd olunub ki, əldə edilən tarixi Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının sarsılmaz iradəsi hesabına qazanılıb. Tədbirin rəsmi hissəsindən sonra görüş Şorsulu kəndində təşkil olunan şam yeməyi ilə davam edib. Səmimi və mehriban şəraitdə keçən görüşdə iştirakçılar Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyətdən, şəhidlərimizin qəhrəmanlığından və Vətənə bağlılıqdan söhbət açıblar.

Vətənə bağlılıqdan söhbət açıblar.