Gəncədə Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

Şou-biznes

Gəncə şəhərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil olunub.

Tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Ekoloji Park Kompleksində ağacəkmə aksiyası keçirilib.

Daha sonra yerli icra strukturlarının nümayəndələri şəhid ailələri ilə görüşərək onların qayğıları və düşüncələri ilə maraqlanıblar.

Bayram tədbirləri Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konsert proqramı ilə davam edib. Konsertdə vətənpərvərlik mahnıları səsləndirilib, Göygöl Mahnı və Rəqs Ansamblı çıxış edib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının birliyi və iradəsinin nəticəsi olduğu vurğulanıb.

Şəhid ailələri ilə görüşlər və mədəni tədbirlər Zəfər Gününün mənəvi əhəmiyyətini bir daha ön plana çıxarıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir