Bir sıra şəxslər törətdikləri cinayət əməllərinə görə DTX tərəfindən axtarışdadır.
Onlardan biri də Camalov Elçin Zakir oğludur.
O,04 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olub.
AR CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29,120.2.3, 29,120.2.11, 228.3, 232.3.2 və 279.3-cü maddələri ilə axtarışa verilib.
Göründüyü kimi o,kifayət qədər ağır maddələrlə axtarışdadır.
Cinayət Məcəlləsinin 120-ci maddəsi qəsdən adam öldürmə zamanı ttəbiq olunur.Onun bir neçə bəndinin də sözügedən şəxsə tətbiq edilməsi cinayətin qrup halında və xüsusi amansızlıqla baş verdiyini söyləməyə əsas verir.
Qeyd olunan maddələrin təsiri altında həbs olunan şəxsin günahı sübuta yetirildiyi halda onu on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
MUASİRMEDİA.AZ
