Xəbər verdiyimiz kimi, bu gün Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.
Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.
2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı İstintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.
2009-cu ilin fevral ayından Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.
2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
20 noyabr 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Göründüyü kimi, 49 yaşı yenicə tamam olan Mirsaleh Seyidov cəmi 3 il öncə vəzifəyə təyin olunmuşdu, həmçinin ona etiomad göstərilmiş və ədliyyə general-mayoru rütbəsi verilmişdi.
Onun yerinə təyin edilən Sahib Rzayev də 1977-ci il təvəllüdlüdür və M.Seyidovla eyni ixtisas sahibidir. Buna baxmayaraq, M.Seyidov birbaşa ədliyyə sistemində, istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində çalışan kadr idi. S.Rzayev isə fəaliyyətini 2023-cü ildən Ədliyyə Nazirliyində davam etdirib.
MM.AZ
