27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində sıra düzülüşü keçirilib.
Sıra önündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı tarix müəllimi Könül Hacızadə 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin başlanması və xalqımızın Zəfərə gedən yolundan bəhs edib. Çıxışda şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlığın Azərbaycan tarixində əbədi iz qoyduğu vurğulanıb.
Bu gün biz yalnız bir tarixi xatırlamırıq.
Biz Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızı xatırlayırıq.
Biz onların bizə əmanət etdiyi torpaqları, azad səmanı və müqəddəs Vətən anlayışını yaşadırıq.
Şəhidlərimizin qəhrəmanlıq yolu gənc nəslə hər zaman Vətən sevgisinin, mərdliyin və fədakarlığın ən böyük nümunəsi olacaq.
Ruhunuz qarşısında baş əyirik, əziz şəhidlər! 
Sizi unutmadıq, unutmayacağıq!





MUASİRMEDİA.AZ
