İKİ AZƏRBAYCAN MİLLİ QƏHRƏMANI — ŞÜKÜR HƏMİDOV VƏ İLQAR MİRZƏYEV.
Onları birləşdirən təkcə dostluq deyil, Vətən sevgisi, hərbi andına sədaqət və Azərbaycan torpaqlarına bağlılıq idi. Onlar Aprel döyüşlərinin iştirakçıları, şərəfli döyüş yolu keçmiş igid Azərbaycan zabitləri idilər.
Şükür Həmidov və İlqar Mirzəyev — Azərbaycan Ordusunun tarixində öz qəhrəmanlıqları ilə iz qoymuş iki böyük Vətən oğlu. Onların adı bu gün də cəsarət, mərdlik və Vətənə sədaqət rəmzi kimi xatırlanır.
İki dost, iki silahdaş, iki Milli Qəhrəman…
Onların keçdiyi döyüş yolu gələcək nəsillərə Vətənə xidmətin və əsgər şərəfinin əbədi nümunəsi olaraq qalacaq.
Onların dostluğu xatirələrdə, qəhrəmanlıqları Azərbaycan tarixində əbədi yaşayacaq!

MUASİRMEDİA.AZ
