Gənc vəkilə nazirlikdə yüksək vəzifə verildi

Cəmiyyət

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyində yeni kadr təyinatı olub.

Müvafiq əmrlə Şulan Nağıyev Agentliyin Hüquqi təminat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şulan Nağıyev 2024-cü ilin iyun ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü — vəkildir.

O, yeni təyinatadək “GoldenPay” ASC-də Aparıcı hüquqşünas vəzifəsində çalışıb. Daha əvvəllər isə “EKVITA” şirkətində və Dövlət Vergi Xidmətində Baş hüquqşünas vəzifəsində işləyib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir