Argentinada baş verən güclü partlayış faciəvi nəticələrə səbəb olub. Hadisə nəticəsində bir nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.
Partlayış ölkənin Buenos-Ayres əyalətində, Lanus bölgəsinin Remedios de Eskalada yaşayış məntəqəsində qeydə alınıb.
İlkin məlumatlara əsasən, ərazidə aparılan tunel qazıntısı zamanı qazpaylayıcı boru xəttinə ziyan dəyib. Nəticədə qaz sızması yaranıb. Təmir işləri davam edərkən isə güclü partlayış baş verib.
Hadisədən sonra ərazidə yanğın və dağıntılar yaranıb. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı yaşayış evləri və bəzi obyektlər boşaldılıb.
Argentina qaz və elektrik tənzimləyici qurumu hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb.
Bu hadisə qaz xətlərinin yaxınlığında aparılan tikinti və təmir işləri zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin vacibliyini bir daha gündəmə gətirib.
MM.AZ
