Yarımçıq dayanan telefon danışığı

Cəmiyyət

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda baş verən kadr dəyişikliklərindən sonra sabiq müavinlərdən Mehdi Hüseynzadənin hazırkı statusu ilə bağlı suallar yaranıb.

Mehdi Hüseynzadə 14 iyul 2025-ci ildə Hərbi prokurorun müavini vəzifəsindən azad edilib. Lakin ondan sonra vəzifələrindən azad edilən digər iki müavinin qısa müddətdə yeni vəzifələrə təyin olunması diqqət çəkib.

Belə ki, Fuad Məmmədov 19 sentyabr 2025-ci ildə, Şəfahət İmranov isə 2 fevral 2026-cı ildə tutduğu vəzifədən azad edilib.

Baş prokurorun 2 fevral 2026-cı il tarixli əmrləri ilə Şəfahət İmranov Abşeron rayon prokuroru, Fuad Məmmədov isə Tərtər rayon prokuroru vəzifəsinə təyin olunub.

Mehdi Hüseynzadənin isə indiyədək yeni vəzifəyə təyin olunmaması suallar doğurub.

Məsələnin diqqət çəkən tərəfi qanunvericiliyin tələbləri ilə bağlıdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci və 26-cı maddələrinə əsasən, müəyyən hallarda vəzifəsindən azad edilərək prokurorluğun sərəncamına götürülən əməkdaşın sərəncamda saxlanılması müddəti üç aydan artıq ola bilməz.

Həmin müddət ərzində prokurorluq orqanlarından xaric edilmək üçün qanuni əsaslar olmadıqda, əməkdaşın müvafiq vəzifəyə təyin edilməsi məsələsi həll olunmalıdır.

Bu baxımdan, 14 iyul 2025-ci ildə vəzifəsindən azad edilən Mehdi Hüseynzadənin uzun müddətdir yeni təyinat almaması hüquqi suallar yaradır.

Mehdi Hüseynzadənin mövqeyini öyrənməyə çalışıb. Lakin sabiq müavin sualı eşitdikdən sonra telefon danışığını yarımçıq dayandırıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir