Naxçıvanda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə

Hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 2019-cu il təvəllüdlü Elmir Qurbanov velosiped sürərkən su kanalına düşüb və gözdən itib.

Aparılan axtarışlar nəticəsində uşaq sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Elmir Qurbanov Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.

Qeyd edək ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir Qurbanovun ötən gün itkin düşdüyü bildirilmişdi.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir