Elşanka çayı məcrasından çıxdı: Əhaliyə xəbərdarlıq

Dünya

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Elşanka çayı məcrasından çıxıb.

Bu barədə şəhərin meri Vasili Kozupitsa Teleqram kanalında məlumat verib.

“Elşanka çayı Şorca küçəsində məcrasından çıxıb”, – deyə mer bildirib.

Əhaliyə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib. Qeyd edək ki, Orenburqda çay bəndinin uçması nəticəsində su altında 6300-dən çox ev qalıb. MM.AZ