Dərəçiçək ziyalıları silsiləsindən…

Ədəbiyyat

 Gilə Bayramova Bayram qızı…Kərkük Yazarlar Birliyinin üzvü, Qızıl qələm mükafatçısı, səkkiz kitab müəllifi, dəyərli ziyalı, şairə xanım Gilə Dərya Bayram.

 

Gilə Dərya Bayramova Bayram qızı 1959-cu il fevralın 20-də Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta (Razdan) rayonunun Təkəlik kəndində anadan olmuşdur. Gilə xanımın atası Bayram kişi dörd qardaş olublar. İsmayıl müəllim, Əsgər kişi, Bayram kişi, Mirzə kişi.
İsmayıl müəllim Təkəlik və qonşu Qayqocalı (Axundov) kəndində riyaziyyat müəllimi işləmişdir. Gilə xanımın atası Bayram kişi çox səxavətli, sayılıb seçilən kişilərdən olmuşdur. Bayram kişinin mağazası olmuşdur. İmkanı olmayan həmyerlilərinə həmişə əl tutmuşdur. Bayram kişinin çox qoçaq və cəsur əmisi oğlu Rza kişi həmişə həmyerlilərini müdafiə etmişdir. Mənfur , daşnak sahə müvəkkilləri Atabey və İsabəy cəsur, mərd Rza kişiyə böhtanlar atır və təhdid edirlər. Bunun əsl səbəbi onun qorxmaz, mərd, təəssübkeş olması və Dərəçiçək mahalının Zar kəndindən olan mərd, qoçaq, igid , mənfur ermənilərə qan udduran qaçaq İsovun bacısı oğlu olması idi.
Zarlı qaçaq İsov ermənilərin Dərəçiçəkdə yaşayan azərbaycanlılara qarşı haqsızlıqlarla barışmayaraq başına Dərəçiçək mahalının igid oğlanlarını yıgaraq dağlara, meşələrə çəkilərək mənfur ermənilərə qarşı mübarizə aparmışdır. Ermənilər qaçaq İsovun adı gələndə tir- tır əsirdilər. Ermənilərə qan uddururdu. Dəfələrlə milis dəstəsi qaçaq İsovun dəstəsinin izinə düşsələr də onları tuta bilmirdilər. Nəhayət günlərin birində onların yerini öyrənirlər. Daşnak Atabey və İsabəyin başçılığı ilə ermənilərdən ibarət böyük milis dəstəsi onları Zar meşəsində mühasirəyə alırlar. Atışma nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar olur. Qaçaq İsov mühasirədən sağ salamat çıxıb Maymax dağını aşaraq Gürcüstana getmiş və orada yaşamış, orada rəhmətə getmişdir.
Gilə xanımın nənəsi Nabat xanım da kişi qeyrətli bir xanım olmuşdur. Böyük Vətən müharibəsi illərində həyat yoldaşı müharibədə olan zaman bir neçə erməni Nabat xanımın tövlədən mal qarasını oğurlamaq istəyərkən, Nabat xanım duyuq düşmüş onları əlindəki çomaqla zərərsizləşdirmişdir. Nabat xanımın qoçaqlığı bütün Dərəçiçək mahalınında yayılmışdır.
Rza kişi Təkəlikdə yaşamağın mümkün olmadığını görüb ailəsi ilə birlikdə Bakı şəhəri birinci Alatava qəsəbəsinə köçür.
Bir neçə ildən sonra Gilə Xanımın atası Bayram kişi də ailəsi ilə birlikdə Bakı şəhəri birinci Alatava qəsəbəsinə köçür və burada məskunlaşır.
Gilə Xanım Bakı şəhərinin 13 saylı tam orta məktəbini bitirdikdən sonra 1975-1978-ci illərdə Sovet Ticarət Texnikumunda oxuyub. Texnikumu bitirdikdən sonra Bakı şəhəri Mərkəzi Univermaqfa (ÇUM) işləməyə başlayır. Sovet İttifaqının Moskvada Kreml Qurultaylar sarayında keçirilən komsomolun 18-ci qurultayına nümayəndə seçilmişdir. Qurultayda çıxış edən Sov. İKP – nin Baş katibi L.İ. Brejnevin çıxışını maraqlıa dinləyir. Nümayəndə heyəti ilə V.i . Leninin ev muzeyini ziyarət edirlər.
Bir neçə il bizneslə məşğul olduqdan sonra Azərbaycan nəşriyyatına işə dəvət edilir. Rəhmətlik Əziz Musa şair filologiya üzrə elmlər doktoru “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktorunun təkidi ilə baş redaktorun müavini kimi işləməyə başlayır. Jurnalist olaraq mütəmadi olaraq qəzetlərdə, dərgilərdə, ANTALOGYA kitabında şeirləri və məqalələri çıxır. İrak Kərkük Yazarlar Birliyinin üzvüdür. Səkkiz kitab müəllifidir. İyirmi ildir ki , “Şam İşığı Ədəbi Bədii Tədbirin” yaradıcısı və rəhbəridir. Ayda bir dəfə tədbir keçirirlər. Hal hazırda ” Müşfiq Borçalı” nəşriyyatının “Şərqin səsi” qəzetinin şöbə müdiridir.Gilə Dərya olaraq şeirləri həm də ” Vətən” , “Canım Azərbaycanım”, “Heydər Zirvəsi” , ” İlham Çeşməsi”, ” Şam İşığı ” , ” Turan (1,2,3)” , ” Buta” , “Şərqin səsi”, ” Zirvə” , “Söz Xəzinəsi” , ” Müəllimlərimiz” , “Can Azərbaycan ” , ” Qarabağnamə” , ” Sevmişəm, sevirəm, sevəcəyəm “, “Poeziya Çələngi ” , ” Anasız , Atasız dünyam”, “Xarı Bülbül ” , “Aşıq Pəri” , “Qarabağ Azərbaycanıdır” və sairə Almanaxlarda, müxtəlif Antologiyalarda ,ədəbi bədii məcmuələrfə işıq üzü görüb.
” Abdulla Şaiq ” , “Xurşud Banu” , “Zirvə” , “Qızıl Qələm ” mükafatçısıdır. Saysız sayda ” Fəxri Fərmanla ” , ” Fəxri Diplomla ” təltif olunub.
Hal – hazırda Azərbaycan Nəşriyyatında ” Şam İşığı ” Ədəbi Məclisin rəhbəri və ” İlham Çeşməsi ” adlı ədəbi toplusunun tərtibatçısıdır.

Vətənpərvər ziyalımız , şairə Gilə Dəryanın bir neçə şeirini təqdim edirəm.

Mehmana döndüm.
Bulaqların şırıltısı səsimdədir,
Yarpaqların xışıltısı rumdadır.
Ana vətən laylası var qəlbimdədir,
Şairəm loğmana, Mövlanə döndüm.
Yol cığır aparır , gedir İrəvana,
Qoç Koroğlu, igidim gəlir meydana,
Birləşib gedirəm, o yurd yuvanma,
Ceyran balasıydım , aslana döndüm.
Ürəyimdə, qəlbimdə , vətənin səsi,
Seyidin qızıyam , var ah naləsi.
Yolum Göyçəyədir, edirəm bəhsi,
Mələkdim ana bətnində insana döndüm.
Gecə düşür zülmətdədir, hava qaralır,
Bu yerlərdə , yar əadasın yar alır.
Quzular mələşir, cüyür dolaşır,
Qonaq apardılar mehmana döndüm .
Bağ baxça , gül çiçək təravətliydi,
Saç üstündə çörək , fadlı ətirliydi,
Şair Gilə Dərya bilinir səxavətliydi,

Eldən uzaqda , dəvasız dərmana döndüm.

Ürəyi , qəlbi Qərbi Azərbaycanla, Dərəçiçəklə , Təkəliklə çırpınan vətənpərvər şairəmiz Gilə Dəryanın Qərbi Azərbaycanım şeirini təqdim edirik.
Qərbi Azərbaycanım
( Şairə Gilə Dərya Bayramova Bayram qızı)
Doğma vətənimdir, canımdır mənim,
Gözəl diyar Qərbi Azərbaycanım.
Ələsgəri, Alısı da vardır,
Doğma əziz, Qərbi Azərbaycanım.
Dağ dil açsa, deyər bax qüdrətin var,
Dərəçiçək , Təkəlik, Razdanım var .
Qoşa bulaq tək daşan bulağın var,
Doğma əziz Qərbi Azərbaycanım.
Qazi Qarabağı təth eyləyibdir,
Dığa qaçıb artıq gözdən itidir,
Qazi düşmənə nota veribdir.
Doğma əziz, Qərbi Azərbaycanım.
İmzanla dəmir yumruq gücündür,
İnamlı addım, qətiyyətindir,
Elin və millətin, qüvvətindir,
Doğma əziz Qərbi Azərbaycanım.
Vətənə məhəbbət , borcumuzdur,
Əzmi istirahət, ana qoynudur,
Səbəb çoxdur, gözlərim doludur.
Doğma əziz, Qərbi Azərbaycanım.
Dildə əzbər İrəvanın adıdır,
Həyat dərs verir bizə aldıqlarıdır,
Gilə Dərya artıq tapdıqlarıdır,
Doğma əziz, Qərbi Azərbaycanım.
Qərbi Azərbaycanın Dərəçiçək mahalının vətənpərvər qızı, səkkiz kitab müəllifi, Qızıl qələm mükafatı laureatı , İraq Kərkük Yazarlar Birliyinin üzvü, ziyalı xanım Gilə Dərya Bayramova Bayram qızına Allahdan can sağlığı, uzun ömür, yaradıcılığında yeni – yeni uğurlar arzulayırıq. Uğurları daima bol olsun.
MUASIRMEDIA.AZ 
GÜLLƏR BƏHRƏMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir