Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırıldı

ölkə

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin doldurulması başa çatdırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilir ki, bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib. Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir