Dünya karatesinin brilliantı Avropa ölkələrindən birinin karate yığmasının baş məşqçisi ola bilər.
MUASİRMEDİA.AZ xəbər verir ki, Rafael Ağayev planetin ən titullu karateçisidir adını alıb. O, 5qat dünya çempionu olan yeganə karateçidir. Rafael 11qat Avropa çempionu, Tokio Olimpiadasının gümüş mükafatçısı, 2013-cü döyüş sənəti üzrə Ümumdünya Oyunları, 2015-ci il Avropa Oyunları, 2013,2015-ci illərdə İslam Oyunlarının qalibi və Karate Combat döyüş liqasının çempionudur. Öz ildırım sürətli fəndləri ilə karate dünyasında “Qara pantera” ləqəbi ilə məşhurdur.
Rafael yeganə karateçidir ki bir dünya çempionatında 2 qızıl medal qazanmağa müvəffəq olub.
O, beşinci dandır. Karatedəki misilsiz uğurlarına görə Ümümdünya Karate Federasiyaları prezidenti tərəfindən “Dünya karatesinin Brilliantı” adını alıb.
MÜASİRMEDİA.AZ