Eldar Əzizova müavin keçmiş nazirin qardaşı oğlu təyin edildi

ölkə

Bakı şəhər icra hakimiyətinin başçısı Eldar Əzizova yeni müavin təyin olunub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğlu Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinə müavin vəzifəsinə gətirilib.

A.Hüseynov əvvəl BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin bildirək ki, A.Hüseynov daha əvvəl icra başçısı Eldar Əzizovun oğlu ilə birgə SOCAR-da çalışıb.

Onu da qeyd edək ki, buna qədər BŞİH-də bütün müavin vəzifələri boşdir.

MUASİRMEDİA.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir