İran xarici işlər naziri Abbas Araqçı bu həftə Romada ABŞ-la növbəti danışıqlarda iştirak edəcəklərini təsdiqləyib.
İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığı zamanı məlumat verib.
Araqçının sözlərinə görə, danışıqlar yenidən Oman sultanlığının vasitəçiliyi ilə baş tutacaq. O, aprelin 12-də baş tutan ilk raundun çox uğurlu keçdiyini və əsas mövzunun İranın nüvə proqramı olduğunu qeyd edib.
İkinci raundun aprelin 19-da, şənbə günü baş tutacağı gözlənilir. İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani artıq Romada danışıqların keçirilməsi ilə bağlı müraciətə müsbət cavab verildiyini təsdiqləyib.MM.AZ