Bayramın mübarək, ata!

Cəmiyyət
Uğrunda vuruşduğun dövlət Azərbaycanımızı erməni qəsdlərindən qorumadı, əksinə mənfur düşmənə dəstək oldu. Stalinqraddan Pribaltikaya ağır döyüş yolu keçdin. Yaralandın, təltiflərə layiq görüldün. Bu günsə uğrunda vuruşduğun dövlət 2 metrlik məzarının qorunmasını təmin edə bilmədi. Kərkicahan məzarlığında qarşısında diz köçmək istədiyim məzarının yerini belə tapa bilmirik. Bir şeydən təsəllimiz var ki, Azərbaycanımızı qəhrəmanlıq nümunələri ilə təmsil etmisiniz, Azərbaycanımızın adına başucalığı gətirmisiniz. Qədirbilməyənin isə cəzası qaçılmazdır.
Ruhun şad, bayramın mübarək olsun, ata!
1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
Hikimət Cəmil oğlu Xuduyev