Saz sənətimizin böyük nümayəndəsi, ustad aşıq, könüllərin söz ustası Aşıq Kərəmin anadan olmasının 80 illik yubileyini böyük qürur və ehtiramla qeyd edilib.
Ömrünü aşıq sənətinə, sazın-sözün müqəddəsliyinə həsr edən Aşıq Kərəm, xalq yaddaşında sazın səsi, dastanın nəfəsi kimi yaşayır. Onun ifa etdiyi havalar, söylədiyi dastanlar, yaratdığı qoşmalar bu gün də könüllərdə səslənməkdə, yeni nəsillərə ilham verməkdədir.
50 illik mənalı ömür yolunda yaratdığı irs, yalnız bir sənətkarın yox, bütöv bir xalqın mədəni yaddaşıdır.
Yubiley münasibətilə təşkil olunan tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Qazax Xeyriyyə İctimai Birliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
MUASİRMEDİA.AZ