1937-ci il iyunun 3-dən 4-nə keçən gecə -NƏ OLDU?

Tarix
1937-ci il iyunun 3-dən 4-nə keçən gecə 509 saylı orderlə NKVD-nin 4-cü şöbəsinin 3 əməkdaşı – Pavlov, Federenko və Sərkisyan adlı şəxslər Cavid ocağına daxil olaraq bütün xoşbəxtliklərinin dağılmasına səbəb oldular. Şairin həyat yoldaşı Mişkinaz xanım Cavid həmin günləri belə xatırlayırdı: “Yuxuda gördüm ki, böyük bir ilan mənə tərəf gəlir. Çığırıb yuxudan ayıldım. Yarıyuxulu, qorxmuş halda evdə qarışıq səslər eşitdim. Heç bir şey ayırd edə bilmədim. Elə bu vaxt Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat bir səslə:
– Qalx, geyin, – dedi.
Qapının arasından baxıb tanımadığım adamları gördüm. Aman Allah, bunlar kimlərdilər? İndi o vəziyyəti demək çox çətindi. Əllərim əsir, geyinə bilmirəm. saniyələr bir ilə qədər uzun. Birtəhər geyinib çıxdım.
Cavid qapının yanında ayaq üstə durmuşdu. Rəngi ağappaqdı. Onu elə görəndə başım hərləndi. Mən onun hər dəqiqəsinin rahat olmasına fikir verirdim. Bu qara bulud hardan gəldi. Qolumdan tutmasaydı, yıxılardım. Qolumu bərk sıxıb:
– Sakit ol, əyləş, – dedi.
Qolumu sıxmaqla demək istəyirdi ki, bu, başlanğıcdır…
Gələnlər üç nəfərdilər. Bir adam da qonşudan çağırdılar, şahd kimi. Gecə birin yarısından səhər saat yeddinin yarısınacan evi ələk-vələk etdilər. Baxılmayan yer qızımın yatacağı oldu. Kiçik olduğu üçünmü, ya nə isə onu oyatmadılar. Amma onlardan biri elə hey mırtlanırdı ki, niyə ora baxılmadı.
Cavid o gecə bir qutu yarım papiros çəkdi. Kibriti yandıran vaxt onlardan da biri cibindən papiros çıxardı. Cavid öz papirosunu yandırıb ona sarı tutdu, o yandırmadı. Cavid çöpü söndürüb udqundu. Bu udqunmaqla o nələr dedi. Mümkün olsa idi, o adamı boğardım. Ləyaqətsiz adam.
Cavid hiss etdi ki, mən çox darıxdım. Qəmli-qəmli üzümə baxdı, qaşlarını yuxarı qaldırıb ah çəkdi, sanki demək istəyirdi ki, bu hələ harasıdı?
Bir-birinin papirosunu yandıranları görəndə Cavidin əsəbi üzü,

Cavid hiss etdi ki, mən çox darıxdım. Qəmli-qəmli üzümə baxdı, qaşlarını yuxarı qaldırıb ah çəkdi, sanki demək istəyirdi ki, bu hələ harasıdı?
Bir-birinin papirosunu yandıranları görəndə Cavidin əsəbi üzü, dərdlərimin başlanğıcı yadıma düşür…”
1 kişi görseli olabilir
MUASIRMEDIA.AZ
MƏCID RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir