Ləzgi əlində bıçaq məscidə girir-QURBAN KƏSMƏK ÜÇÜN MÜSƏLMAN AXTARIR

Cəmiyyət
Ləzgi əlində bıçaq məscidə girir:
— “Millət, içinizdə müsəlman olan var?” – diyə bağırır.
Hamı susur. Ancaq yaşlı bir kişi qalxır:
— “Mən varam” – deyər.
Ləzgi qoca kişiyə, bir dəqiqə çölə gəlin deyərək qoluna girib məsciddən çıxarır. Biraz qabaqda bağlı bir qoyunun yanına gəlib:
— “Ağsaqqal, bu qurbanı kəsməyə kömək ol, İslam, qaydalarına uyğun kəsək”. Mənə qibləni göstər və qoyunun ayaqlarını möhkəm tut – dedi.
Ləzgi qoyunu kəsməyə başlayar. Yaşlı kişi əli ayağı əsdiyi üçün qoyunun ayağı əlindən çıxır, hər tərəf qan olur.
— Ağsaqqal, tək gücün çatmır, gedim məsciddən bir müsəlman da çağırım.
Ləzgi əlində qanlı bıçaq üst-başı qan içində məscidə girərək qışqırır:
— “İçinizdə başqa bir müsəlman varmı?”
Qoca kişini aparıb kəsdiyini düşünən millətdən səs çıxmır, amma hamı dönüb imama baxdı.
İmam:
— “Nə baxırsınız, iki rikət namaz qıldıq deyə müsəlmanmı olduq!?”
Üzünü ləzgiyə tutub:
— O müqəddəs Məryəmə and olsun, burda bir müsəlman var idi onu da sən bayaq apardın.

MUASİRMEDİA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir