Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olub.

Tarix
 Nizami bu türk qızını ürəkdən sevib və onunla evlənib (1173-cü il). Canı qədər sevdiyi və əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlib. “Xosrov və Şirin”i yazarkən (1180-ci il) qıpçaqlı gözəl vəfat edib. Şair dünya ədəbiyyatında misilsiz gözəllik nümunəsi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən, sözü öz sevimli xanımına gətirərək deyir: “O (Şirin), mənim qıpçaqlı Afaqıma bənzərdi”. Bəzi tədqiqatçıların qənaətinə görə, şair Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adının Afaq olduğunu bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da “türküm köçdü isə də, İlahi, türk balasını Sən özün qoru” sözləri ilə bizə anladır. Şairin öğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yeri yoxdur. Şair “türk arvadı”na olan bağlılığını “türk balası”na keçirmişdir.
Eşqin ilahi şairi Nizami Gəncəvi evlənmə məsələsində təkarvadlı olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənən şair heç bir zaman çoxarvadlı olmayıb. Nizami məşhur filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində təkarvadlılığın məziyyətini özünə xas bir üslubla açıqlamışdır: “Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla”.
1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir