İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov tutulub.
Onun yaşadığı evin həyətindən 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik bitkiləri qazanc məqsədilə yetişdirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

MM.AZ