“Uğurların arxasında dayanan fədakar müəllim”

Təhsil

Məktəbimizin müəllim kollektivinin hər bir üzvü müqəddəs müəllim peşəsinin vurğunu olaraq şagirdlərin qəlbinə və zehninə nüfuz etməyi bacarır.
O fakt da, danılmazdır ki, tədrisin keyfiyyəti təkcə elmə olan marağın deyil , həm də müəllimə olan dərin hörmət və sevginin formalaşdırılmasındandır.Uzun illərdir ki, rəhbərlik etdiyim kollektivin fəaliyyətində təhsilin bütün sahələrində dinamika özünü göstərir. Məktəb direktoru öz işini yaxşı bilən müavinləri ilə əlbir işlədikdə,həm öz işi yüngülləşir, həm də məktəbdə möhkəm nizam-intizam hökm sürür. Bu cəhətdən , necə deyərlər , bəxtim gətirib. Belə ki, tədris işləri üzrə Direktor müavini Fidan Nəbiyeva artıq beş ildir ki, təhsil sahəsində çalışmış,peşəsini sevmiş,ona ürəkdən bağlanan təhsil fədaisidir.Tədris işləri üzrə direktor müavini Fidan Nəbiyeva məktəbin fəalliyətinə öz potensial imkanlarını yorulmadan sərf edən əsl ziyalı müəllimdir.Bütövlükdə isə müəllim həmkarlarım arasında sağlam bir mühit hökm sürür. Hər bir məktəbin təhsil sahəsində qazandığı nailiyyətin yekunu həmin təhsil ocağının məzunlarının ali məktəblərə qəbul olunmalarının faizi ilə ölçülür.Məktəbimizin kollektivi uğurlara dövlətimizin təhsilə və təhsil işçilərinin əməyinə göstərdiyi qayğıya cavab kimi nail olmuşdur. Lakin biz uğurlarımızla kifayətlənmir, bundan sonra da fəaliyyətimizi şagird-müəllim, məktəb-müəllim-valideyn münasibətləri üzərində davam etdirəcək,təhsil əsri elan olunmuş XXI əsrin tələblərinə cavab verə biləcək istedadların-cəmiyyətimizə layiq şəxsiyyətlərin milli ruhda formalaşmasına sərf edəcəyik. Fidan müəllimə təlimin keyfiyyətlərinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir,şagirdlərin yarımillik, illik və yekun qiymətləndirməsinin qeydiyyatını aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir.Təlimin keyfiyyətinin idarə olunması məqsədiylə monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.Müəlliməyə şərəfli işində uğurlar diləyirik.

MUASİRMEDİA.AZ
Şəhla Rəvan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir