Ukrayna Maskıvanı vurdu

Dünya
İyunun 26-na keçən gecə Moskvada partlayışlar baş verib.

 Bunun nəticəsində Moskva və Kaluga hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. Rusiya Müdafiə Nazirliyi ölkə üzrə 50 Ukrayna PUA-sının vurulduğunu, onlardan ikisinin Moskvaya doğru yönəldiyini bildirib.

Moskva meri Sergey Sobyanin hadisə yerində təcili xidmətlərin işlədiyini qeyd edib. “Shot” Telegram kanalına görə, PUA qalıqları yaşayış binasına düşüb.

Ukrayna mütəmadi olaraq Rusiyanın dərinliklərindəki hərbi obyektləri dronlarla hədəf alaraq Moskvanın döyüş qabiliyyətini zəiflətməyə çalışır.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir