Moskvada azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif ləqəbli) saxlanılıb. 

Cəmiyyət

Moskvada azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif ləqəbli) saxlanılıb. 

Bununla bağlı görüntülər teleqram kanalında yayılıb.

O, Saxarovdakı xüsusi müəssisəyə aparılıb və orada üç ay qalacaq. Daha sonra Azərbaycana deportasiya olunacaq.

Medianın məlumatına görə, V.Süleymanov Moskvanın Kaluqa şossesində yerləşən “Food City” bazarı ilə bağlı şəxsdir.

“Kommersant” nəşrinin yazdığına görə, Vaqif Süleymanovun saxlanmasına səbəb Rusiyada “olma qaydalarının pozulması” olub. E.Süleymanov Azərbaycana deportasiya olunmaq üçün DİN Baş İdarəsinin Moskvadakı əcnəbi vətəndaşların müvəqqəti saxlanma məntəqəsinə göndərilib. Süleymanov Moskvada müxtəlif biznes layihələri, xüsusən də “Food City” ilə bağlıdır. O, Tbilisidə anadan olub, gənclik illərini Bakıda keçirib, 1990-cı illərdə Rusiyaya köçüb.

Həmçinin Azərbaycandan olan digər kriminal avtoritet Zaur Şipilov (Zaur Naxçıvanski) da saxladığı açıqlanır.

O, Rusiyada həbsdə olacaq.

MM.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir