Daxili İşlər Nazirliyindən gənclər üçün böyük fürsət

ölkə
Daxili İşlər Nazirliyindən gənclər üçün böyük fürsət
Süni intellekt və İT sahəsində təqaüd proqramına START VERİLDİ
DİN yüksək texnologiyalar üzrə peşəkar mütəxəssislər hazırlamaq və xidmətə cəlb etmək üçün TƏQAÜD PROQRAMI elan edir.
Proqram üzrə aşağıdakı sahələrdə 200 nəfərlik təlim paketi təklif olunur:
📍Süni intellekt (AI)
📍Kibertəhlükəsizlik
📍Proqramlaşdırma
📍Product Owner (Məhsul sahibi)
📍Linux sistemləri
📍 İT biznes analitikası (IT BA)
📍 QA tester mühəndisliyi
____
Təlim müddəti: 4-8 ay
✅Təlim xərclərinin 60%-i DİN tərəfindən qarşılanır!
✅Tədrisi uğurla başa vuranlara DİN-də iş imkanı yaradılır!
___
📌 Məqsəd – texnologiya sahəsində ixtisaslaşmış yerli mütəxəssislər yetişdirmək və Daxili İşlər Nazirliyinin kadr potensialını gücləndirməkdir.
________________________________
🔗 Ətraflı məlumat və qeydiyyat üçün
☎️+99410 333 23 24‬
☎️+99410 333 23 26‬
3 kişi ve yazı görseli olabilir
Daxili İşlər Nazirliyinin “Rəqəmsal Gənclər” Təqaüdü
Daxili İşlər Nazirliyi və IDTECH MMC-dən ortaq təşəbbüs: Gənclər üçün yeni təqaüd proqramı elan olundu
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ölkənin qabaqcıl texnologiya təhsil mərkəzlərindən biri olan IDTech Academy, gənc nəslin texnologiya sahəsində inkişafına dəstək olmaq və polis sıralarına qoşulacaq əməkdaşların müasir bilik və bacarıqlarla təmin olunması məqsədilə birgə təqaüd proqramını elan ediblər.
Bu təşəbbüs, gələcəyin İT mütəxəssislərini hazırlamaq və yüksək potensiala malik gənclərə keyfiyyətli, müasir və praktik yönümlü texnologiya təhsili üçün bərabər imkanlar yaratmaq məqsədi daşıyır.
Təqaüd proqramı çərçivəsində:
– Gənclər kibertəhlükəsizlik, süni intellekt, məhsul sahibliyi, QA testləşdirmə, İT Biznes Analitikası və Linux sahələri üzrə təlimlərə cəlb olunacaqlar;
– Təlimləri uğurla tamamlayan iştirakçılar Daxili İşlər Nazirliyinin sıralarına və özəl sektorda fəaliyyət göstərən müvafiq şirkətlərə istiqamətləndiriləcəklər;
– Seçilmiş iştirakçılar üçün təhsil haqqının 60%-i Daxili İşlər Nazirliyi tərəfindən qarşılanacaq.

Proqram barədə ətraflı məlumat və qeydiyyat şərtləri üçün əlaqə saxlaya bilərsiniz.
Əlaqə: +99410 333 23 24
+99410 333 23 26
E-mail: [email protected]
Web: www.idtech.edu.az

 MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir