Bu gün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində sosial xidmət sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Sosial Xidmətlər Agentliyi ilə görüş keçirildi.
Görüşün əsas məqsədi sosial-mədəni xidmətlərin inkişafına yaradıcı yanaşma gətirmək, Agentliyin tabeliyində olan müəssisələrin benefisiarlarını yaradıcılıqla məşğul olmağa təşviq etmək, sosial həssas qrupların yaradıcı fəaliyyətə cəlb olunması üçün praktiki mexanizmləri hazırlamaq, birgə innovativ layihələr, proqramlar və təlimlərin təşkili imkanlarını dəyərləndirmək, həm sosial, həm də yaradıcı inkişafı dəstəkləyən yeni modellərin formalaşdırılması ilə bağlı imkanları müzakirə etmək olub.
MM.AZ